Modern.az

Elman Mehdiyev Saatlıda 8 rayonun sakinləri ilə görüşəcək

Elman Mehdiyev Saatlıda 8 rayonun sakinləri ilə görüşəcək

Təhsil

4 Mart 2014, 10:13


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 12-də DSMF-nin Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumat görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;

Saatlı rayon şöbəsində (021) 285-24-55;

Şirvan rayon şöbəsində (021) 215-02-72;

Hacıqabul rayon şöbəsində (021) 204-49-22;

Sabirabad rayon şöbəsində (021) 235-50-56;

Salyan rayon şöbəsində (021) 255-55-84;

Neftçala rayon şöbəsində (021) 263-47-86;

Biləsuvar rayon şöbəsində (021) 295-02-43;

Cəbrayıl rayon şöbəsində (026) 384-62-03.

Qəbulda iştirak edəcək vətəndaşların martın 12-də Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı