Estoniyanın baş naziri Andrus Ansip istefa verib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, o hökumətin bu gün keçirilən iclasında açıqlama verib. Ansiplə birlikdə qanuna görə bütün Nazirlər Kabineti istefaya gedəcək. Hökumət üzvləri yeni hökumət formalaşdırılana qədər vəzifələrini icra edəcəklər. Ansip istefa verəcəyinin anonsunu fevralın axırlarında bəyan etmişdi. O bu addımını heç bir təzyiq olmadan, könüllü atdığını da deyib.
Modern.az