Modern.az

Siyavuş Novruzovdan ABŞ-a ETİRAZ: “Azərbaycanı təhdid edirlər”

Siyavuş Novruzovdan ABŞ-a ETİRAZ: “Azərbaycanı təhdid edirlər”

Təhsil

4 Mart 2014, 13:50


“İnsan hüquqları ilə bağlı olaraq mütamadi olaraq bizə qarşı ədalətsiz mövqe nümayiş olunur. Bu vasitədən istifadə edərək Azərbaycana hər hansı təhdidlər olunur”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu günkü iclasında deputat Siyavuş Novruzov ABŞ Departamentinin ölkəmizlə bağlı hesabatında əks olunmuş tənqidlərinə etiraz çıxışında deyib. “2013-cu il prezident seçkiləri əsaslandırmaq istəyirlər. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosuna əsaslanır. Hansı ki, ABŞ seçkilərində öz ərazisinə bu orqanı buraxmadı. Rusiyaya 70 nəfər müşahidəçi göndərməyə çalışırdılar. Amm Rusiya 8 nəfərin gəlməsinə icazə verdi. Sonra isə ümumiyyətlə seçkilərə buraxılmadılar. Bu faktlar olduğu halda nəyə əsaslanaraq Azərbaycanda keçirilən seçkilərə münasibət bildirirlər? Azərbaycan müəllimi, həkimi və zəhmətkeşi haqqında hesabatda bir kəlmə də olsun yazılımır. Xüsus ilə  Xocalı soyqırımı ilə əlaqədar nə qədər insanın hüquqları pozulub”-deyə S.Novruzov vurğulayıb. Deputat vurğulayıb ki, vətəndaşların şikayətinin qəbul olunmasında, cinayət hallarının araşdırılmasında və digar hallarla bağlı Ombudsman aparatı uğurlu fəaliyyət göstərir. “Mövcud problemlərin Azərbaycan konstisusiyası çərçivəsində həllinə nail olub”.  

 

Gültəkin Ələsgər

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı