Modern.az

Eldəniz Quliyevə qarşı iddia geri qaytarılıb

Eldəniz Quliyevə qarşı iddia geri qaytarılıb

Təhsil

4 Mart 2014, 15:13


“Məhkəmə onların iddiasını hüquqi cəhətdən ciddi səhvlər olduğuna görə icraata götürməyib. Görünən kəndə bələdçi lazım deyil. Yəqin ki, hakim oradakı şər-böhtanı görüb. Ona görə də iddianı qəbul etməyib. Bilirdim ki, belə olacaq. Bunların nəfəsi də yalanla gedib-gəlir. Şər-böhtanla siyasi partiya fəaliyyət göstərə bilməz. Amma bunlar bir şeyə nail oldular, bu məsələdə xeyli reklam olundular”.

Bunu Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, iddiaçılar apelyasiya məhkəməsinə versələr də, nəticəsi olmayacaq: “Onların şikayətinin məğzində riyakarlıq var, ittihamları əsassızdır. Hara istəyirlər, müraciət etsinlər. Bazar səviyyəsində hay-küy qaldırmaqla nəyəsə nail ola bilməzlər”.

E.Quliyev qeyd edib ki, Azərbaycandakı məhkəmələrin sifarişlə işləməyini inkar etmək mümkün deyil: “Bu, faktdır. Həm demokratik düşərgə təmsilçiləri, həm də jurnalistlər həbs olunub. Bunların hamısı sifarişli olub. Sadəcə olaraq, görün, bunlar nə dərəcədə böhtan uydurublar ki, bunların ərizələri baxılmağa qəbul olunmayıb”.  

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Eldəniz Quliyevi onu və partiya üzvlərini təhqir etməkdə ittiham edir.

 

İlkin PİRƏLİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı