Xalq deputatı Vladislav Lukyanov Regionlar Partiyasının martın 15-də keçiriləcək qurultayında keçmiş prezident Viktor Yanukoviçin partiya üzvlüyündən çıxarılacağı haqda qərar qəbul ediləcəyini istisna etməyib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, keçmiş hakim partiyanın sıralarından digər şəxslərin çıxarılacağı da gözlənilir.
Modern.az