Modern.az

“İctimai Palatanın fəaliyyətinə çoxdan xitam verilib”- MÜNASİBƏT

“İctimai Palatanın fəaliyyətinə çoxdan xitam verilib”- MÜNASİBƏT

Təhsil

4 Mart 2014, 17:09

 

“İctimai Palata çoxdan fəaliyyətini bitirmişdi. O qurum, artıq tarixin arxivinə gedib. Tarixdə olub-bitmiş bir qurumun fəaliyyətini müzakirə edib, xitam vermək əhəmiyyətsiz məsələdir”.

Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı İctimai Palatanın fəaliyyətinə xitam verilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, fəaliyyətsiz bir qurumla bağlı qərar əhəmiyyətsizdir: “O qurumun fəaliyyəti bu günün məsələsi deyil. Hazırki dövrdə həmin qurumun fəaliyyətini müzakirə etməyi düzgün hesab etmirik. Ona görə də bizim partiya həmin toplantıda iştirak etməyib”

Qeyd edək ki, bu gün İctimai Palata Koordinasiya Şurasının toplantısı keçirilib. Toplantıda İsa Qəmbər, Köçəri Nağıbəyli, Zəfər Quliyev, Rauf Arifoğlu, Ədalət Yusubov, Pənah Hüseyn və Hacı İlqar İbrahimoğlu i.tirak edib. İclasda qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib.

 

İlkin PİRƏLİ  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı