Modern.az

Azərbaycanla Polşa arasında beynəlxalq avtomobil əlaqələri-Parlament təsdiqlədi

Azərbaycanla Polşa arasında beynəlxalq avtomobil əlaqələri-Parlament təsdiqlədi

Təhsil

4 Mart 2014, 17:11

“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihəsi müzakirə edilib.

Qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Qanun layihəsinə münasibət bildirən Asim Mollazadə bildirib ki, bu layihə iki ölkə arasındakı əməkdaşlığı daha da artıracaq. Millət vəkili aviasiya sahəsində də iki dövlət arasında əməkdaşlığa çağırıb. Bildirib ki, bu həm də turizmin inkişafına kömək edəcək. Qanun layihəsi səs verməyə qoyulub və sonda qəbul edilib.

 

Gültəkin ƏLƏSGƏR

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı