“Bugünki hadisənin səbəbləri bizə bəlli deyil. Naməlum şəxslər onu evdən çağırıb, qətlə yetiriblər”. Bunu Modern.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Salyan rayon təşkilatının sədri Ədalət Yusubov öldürülən partiya üzvü ilə bağlı danışarkən deyib. O, Aydın Xəlilovun hakimiyyətlə konfliktdə olmadığını qeyd edib: “Sakit, kasıb adam idi. Fərdi təsərrüfatı ilə məşğul olurdu. Tədbirlərimizdə aktiv iştirak etməsinə baxmayaraq, siyasi qurumlarla hər hansı konflikti yox idi”.
Qeyd edək ki, bu gün Salyanda KXCP üzvü Aydın Xəlilov öldürülüb. Məlumata görə, mərhumla qara rəngli JEP-də olan naməlim şəxslər arasında mübahisə olub, həmin şəxslər onu bıçaqla vurandan sonra maşından yerə atıblar.
Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb.
İlkin PİRƏLİ