Modern.az

Politoloq: “Qarabağ münaqişəsi xarici siyasətdə problemlər yaradır”-ŞƏRH

Politoloq: “Qarabağ münaqişəsi xarici siyasətdə problemlər yaradır”-ŞƏRH

Təhsil

4 Mart 2014, 18:00


“Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan müsbət nəticə gözlənilmir. Hesab edirəm ki, Ukraynadakı gərginliyə görə Rusiyanın Qərb dünyası ilə yaranmış gərgin soyuq münasibətləri şəraitində Qarabağ danışıqlarında ciddi irəliləyiş olmayacaq”. Bunu Modern.az saytına politoloq Zəfər Quliyev Qarabağ danışıqlarının perspektivini şərh edərkən deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında Ukrayna ilə ciddi fikir ayrılıqları var. Ukraynadakı hadisələrin postsovet ölkələrinə mənfi təsir etdiyini qeyd edən ekspert Qarabağ probleminin həlli istiqamətində əlverişsiz şəraitin yaradıldığı qənaətindədir. Z. Quliyevin sözlərinə görə hazırkı durumda Qarabağla bağlı aparılan müzakirələr faktiki olaraq status-kvonun saxlanılmasına xidmət edir.  

Politoloq Qarabağ münaqişəsinin mövcudluğunun Azərbaycanın xarici siyasətində də müəyyən problemlər yaratdığını vurğulayıb. “Qarabağ münaqişəsinin mövcudluğu Azərbaycanın xarici siyasəti ilə yanaşı daxili siyasətində də müəyyən problemlər yaradır. Qarabağ problemi bəzi məsələlərin həllində ölkə rəhbərliyinin əl-qolunu bağlayır. Müsbət irəliləyişin əldə edilməməsi Azərbaycan dövləti üçün əlavə əngəllərin yaranmasına səbəb olur. Bununla yanaşı, böyük güclərin Azərbaycana təzyiq etmək üçün daimi imkanlar yaranır. Qarabağ kartı ilə Azərbaycan hakimiyyətinə, cəmiyyətinə təsir etmək mümkündür”-deyə Z. Quliyev şərh edib.

 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı