Modern.az

“Ukraynadakı olayların əsas səbəbkarı Avropanın aparıcı ölkələri və ABŞ-dır” - DEPUTAT

“Ukraynadakı olayların əsas səbəbkarı Avropanın aparıcı ölkələri və ABŞ-dır” - DEPUTAT

Təhsil

20 Mart 2014, 13:49

“Bu gün Ukraynada baş verən bu acı olayların əsas səbəbkarı Avropanın aparıcı ölkələri və ABŞ-dır”. Bunu Modern.az saytına açıqlamasında  Mill Məclisin deputatı Məlahət İbrahimqızı Ukrayna hadisələrinə münasibət bildirikən deyib.
Deputatın fikrincə, Avropanın aparıcı ölkələrinin siyasi elitası və liderləri çox gözəl anlayırdılar ki, Ukrayna yüz illər boyu Rusiya ilə demək olar ki, birgə yaşayıb, daha doğrusu bir şinel geyiblər.

”Gürcüstanda da eyni ssenari idi və hər iki ssenari çox uğursuz oldu. Hesab edirəm nəticəsi xalqların faciəsinə və dövlətlərin müstəqilliyinin təhlükəli vəziyyətinə gəlib çıxmasına səbəb olan bu layihələrin müəllifləri istefa verməlidirlər və məsuliyyət daşıyırlar. Bu gün Ukraynada baş verən proseslərin sonu görünmür və bu proseslərin təkcə Ukrayna sərhədləri çərçivəsində qalacağı haqqında heç kim təminat verə bilməz. Mən Rusiyaya bəraət qazandırmaq istəmirəm, amma bu reallıqdır. Hansı dövlət istəyər ki, onun qonşusu onun dəyərlərinə zidd olsun. Sözsüz ki, Rusiya öz qonşusunu elə asanlıqla itirmək istəməz və bu da təbiidir. Ukrayna və Rusiya çox böyük sərhədlərdə çox yaxın qonşudurlar.
Bir neçə il bundan qabaq Ukraynada keçirilən prezident seçkilərini Avropa qurumları demokratik bir seçim adlandırdı... Sonra nə baş Verdi?.. Birdən birə Yanukoviç diktatormu oldu? Əslində Konstitusiyaya görə hələ Yanukoviçin səlahiyyətlərinə qanunla xitam da verilməyibdir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı