Modern.az

Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi

Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi

Təhsil

Bu gün, 10:22

Fuad Çıraqov Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.
 
Modern.az xəbər verir ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. 

Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də “Sosiologiya” ixtisası üzrə magistratura təhsili alıb.

Qeyd edək ki, Azərbaycanın bir sıra xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir. Onların əsas vəzifələri ölkəmizin təhsil imkanlarının beynəlxalq səviyyədə təşviqi, xarici dövlətlərlə təhsil əməkdaşlığının genişləndirilməsi, Azərbaycan vətəndaşlarının xaricdə təhsil prosesinə dəstək göstərilməsi və bu sahədə əlaqələndirmənin təmin edilməsindən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV