Modern.az

Bazar günü 50 mindən çox abituriyent imtahan vercək

Bazar günü 50 mindən çox abituriyent imtahan vercək

Təhsil

3 İyun 2026, 09:46

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İmtahanda I ixtisas qrupu üzrə 33986, IV ixtisas qrupu üzrə 6518, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 11186 nəfər olmaqla, ümumilikdə 51690 abituriyentin iştirakı nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...