Modern.az

Dövlət qulluğu imtahanında uğur qazananların nəzərinə!

Dövlət qulluğu imtahanında uğur qazananların nəzərinə!

Təhsil

Bu gün, 12:20

Dövlət qulluğunda inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün müraciət etməlidirlər.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, dövlət qulluğu vəzifələrinin A növünə aid AB və AC qrupları, həmçinin B növünə aid BA və BB qrupları üzrə iyulun 16-da keçirilən test imtahanında uğur qazanan namizədlər iyulun 17-dən 30-dək saat 18:00-dək elektron qaydada müraciət formasını doldurmalıdırlar.

Qeyd olunub ki, namizədlər müraciət zamanı ali təhsil haqqında sənədin, əmək kitabçasının (olduğu halda), habelə ad və soyadında dəyişiklik olmuş şəxslər üçün bunu təsdiq edən sənədlərin (nikah şəhadətnaməsi, məhkəmə qərarı və s.) skan edilmiş surətlərini təqdim etməlidirlər.

Müraciət formasında qeyd olunan məlumatların və əlavə edilən sənədlərin dövlət elektron informasiya sistemləri vasitəsilə yoxlanılması mümkün olmadıqda, namizəd müvafiq sənədlərin təsdiq edilmiş surətlərini və ya onların əslini eyniləşdirmə məqsədilə beş iş günü müddətində DİM-ə təqdim etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı