Modern.az

Məzunlara şad xəbər - 10 günə ala biləcəksiniz 

Məzunlara şad xəbər - 10 günə ala biləcəksiniz 

Təhsil

Bu gün, 10:37

Azərbaycanda universitet diplomlarının bu ildən etibarən elektron formada verilməsinə başlanılır. Müvafiq qərarın tətbiqindən sonra əsas diqqət çəkən məqamlardan biri də sənədlərin verilmə müddəti və bu yeniliyin nələri dəyişəcəyidir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni qaydalar və rəqəmsallaşma sayəsində sənədləşmə prosesi maksimum dərəcədə sürətləndirilib:

"Diplom təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır. Tələbələr məzun olduqdan sonra onlar müvafiq diplomla təmin ediləcəklər".

Agentlikdən həmçinin vurğulanıb ki, hazırda yeni sistemin tətbiqi və proseslərlə bağlı hər hansı gecikmə müşahidə olunmur. Beləliklə, elektronlaşma sayəsində məzunların aylarla diplom gözləmək məcburiyyətinə son qoyulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə