Modern.az

İsrailin COP-29 rəsmisi Bakıya gəldi 

İsrailin COP-29 rəsmisi Bakıya gəldi 

COP29

10 Aprel 2024, 20:28

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb.

 

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib.

 

Qeyd edək ki, aprelin 4-də İsrail Xarici İşlər Nazirliyi COP28-in təsirləri və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı qurumlararası konfrans təşkil edib. Konfrans nazirliklərin, biznes sektorunun, elmi dairələrin və yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilib. Konfrans çərçivəsində Karmela Şamir İsrailin COP29-da iştirakı üzrə yeni təyin edilən milli koordinator olduğu açıqlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!