Modern.az

Voronej və Arxangelskdəki Azərbaycan diasporundan şəhid ailələrinə dəstək

Voronej və Arxangelskdəki Azərbaycan diasporundan şəhid ailələrinə dəstək

13 Oktyabr 2020, 10:05
“Birlik” Voronej vilayəti regional milli-mədəni muxtariyyəti və “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla birlik və həmrəylik nümayiş etdirərək, ölkəmizdə gedən Vətən müharibəsinə öz dəstəyini göstərir.
 

Belə ki, təşkilatların dəstəyi ilə Azərbaycanın cəbhə bölgəsində yaşayan sakinlərə, şəhid ailələrinə və ordumuzun əsgərlərinə yardım kampaniyası təşkil edilib.

 

Kampaniya çərçivəsində diaspor təşkilatlarını təmsil edən könüllülər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ailələrini ziyarət edir, başsağlığı verir və humanitar yardım göstərir.

 

Diaspor rəhbərləri bildirib ki, bu humanitar aksiya müharibə sona çatana qədər davam edəcək və Azərbaycanın bütün bölgələrini əhatə edəcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!