Modern.az

Ankarada Xocalı soyqırımı ilə bağlı rəsmi tədbir keçiriləcək

Ankarada Xocalı soyqırımı ilə bağlı rəsmi tədbir keçiriləcək

Diaspor

23 Fevral 2021, 23:19

Xocalı soyqırımından 29 il keçir. Bu çərçivədə Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ortaq bir panel təşkil ediləcək.

 

Modern.az xəbər verir ki, toplantıda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, xarici işlər nazirinin müavini Səlim Kiran, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Xəzər İbrahim və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev iştirak edəcəklər.

 

Panelin moderatoru Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin üzvü və TADİV başqanı Prof. Dr. Aygün Attar olacaq.

 

24 fevral 16:00-da Ankarada TADİV konfrans salonunda keçiriləcək panelin adı "29-cu ilində Xocalı soyqırımının düşündürdükləri"dir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?