Modern.az

Zəfərimizin əsas hərəkətverici qüvvəsi gənclərdir - Deputat

Zəfərimizin əsas hərəkətverici qüvvəsi gənclərdir - Deputat

Diaspor

26 Sentyabr 2023, 11:50

Bu gün Azərbaycanın qazandığı zəfərin əsas hərəkətverici qüvvəsi gənclərdir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisinin sədr müavini Adil Əliyev Bakıda “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə deyib.

 

“Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusunun apardığı lokal antiterror tədbirləri zamanı əsasını Ümummili Lider Heydər Əliyevin qoyduğu gənclər siyasətinin bir daha şahidi olduq. 
Eyni zamanda bu gün ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycana qarşı qarayaxma kampaniyası ilə mübarizədə gənclər mühüm rol oynamalıdırlar. Bu gün artıq gənclərimiz hər istiqamətdə güclü fəaliyyət göstərir. Bunun üçün təşəkkürümüzü bildiririk”, - deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları