Modern.az

Azərbaycanlı alim dünyanın ən yaxşı alimlərinin sırasında

Azərbaycanlı alim dünyanın ən yaxşı alimlərinin sırasında

Diaspor

10 Oktyabr 2023, 10:24

Almaniyanın Ruhr Universitetinin dosenti Dr. Elxan Riçard Sadıq-Zadənin adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil edilib.

 

ABŞ-ın Stenford Universiteti və “Elsevier” jurnalının versiyası üzrə azərbaycanlı alim iqtisadiyyat sahəsində bu mərtəbəyə yüksəlib. Ekspertlər ciddi məlumat bazasına əsaslanan bu mükafata azərbaycanlı alimin layiq olduğunu bildiriblər.

 

Qeyd edək ki, Dr. Elxan Riçard Sadıq-Zadə həm də Azərbaycan diasporunun fəal üzvlərindən biridir.

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu yüksək nailiyyət münasibətlə azərbaycanlı alimi səmimi-qəlbdən təbrik edir, bundan sonrakı fəaliyyətində də davamlı uğurlar arzulayır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov