Modern.az

Polşadakı azərbaycanlı gənclər videoçarx hazırladılar

Polşadakı azərbaycanlı gənclər videoçarx hazırladılar

Diaspor

11 Noyabr 2023, 14:24

Polşada fəaliyyət göstərən “Xarıbülbül” Varşava Azərbaycanlılarının Mədəniyyət Assosiasiyası 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb.

 

“Xarıbülbül” Varşava Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sədat Şamillinin təşəbbüsü ilə ərsəyə gələn videoçarxda Zəfər Günü haqqında soydaşlarımızın və yerli sakinlərin düşüncələrinə yer verilib. “Biz nə düşünürük və onlar nə düşünür?” suallarından ibarət sorğuda Azərbaycan icmasının gənc üzvləri Nuridə Ağazadə, Nurlan Ağamirov, Dağlar Səmədli, Rəsul Vəliyev, Sədat Şamilli, polyak Katarzyna Marzeta, Maria Vişnievska, Lukasz Sokku, Grzegorz Feliks və ukraynalı Georgi Balovniyev iştirak ediblər. 

 

Azərbaycanlı gənclər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən sonra ölkəmizlə və xalqımızla qürur duyduqlarını, xaricdə alnıaçıq, üzüağ gəzdiklərini, hər yerdə sözlərini deyə bildiklərini diqqətə çatdırıblar. “Özümü çox şanslı və qürurlu hiss edirəm. Bu tarix Azərbaycan xalqının iradəsinin nə qədər sarsılmaz və müzəffər olduğunü bütün dünyaya göstərdi. Bu gözəl günləri bizə yaşadan şəhid və qazilərimizi heç bir zaman unutmayacağıq! Zəfər Günün mübarək, Azərbaycan!”, - deyə Nuridə Ağazadə deyib. 

 

Polşanın yerli sakinləri və əcnəbilər bildiriblər ki, Azərbaycan xalqına çox hörmət edirlər, xalqımızın mədəniyyəti, mili mətbəxi, mehribanlığı və qonaqpərvərliyi çox xoşlarına gəlir. “Azərbaycandan çoxlu dostlarımız var və buna sevinirik. Yaşasın, Azərbaycan!”, - deyə Katarzyna Marzeta ölkəmizə xoş arzularını ünvanlayıb.

 

“Mənim Azərbaycana münasibətim çox müsbətdir. Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə görə minnətdaram. Bizə çox kömək edirlər. Mən Azərbaycanı çox sevirəm”, - deyə ukraynalı Georgi Balovniyev vurğulayıb.

 

Grzegorz Feliks isə bildirib ki, Azərbaycanda olmasa da, azərbaycanlı dostları sayəsində ökəmiz haqqında çoxlu məlumat əldə edib: “Şəhriyar İmanov kimi musiqiçiləri azərbaycanlı dostum sayəsində tanıyıram”.

 

“Bayatı-Şiraz” təsnifinin, Bakı küçələrində Zəfər yürüşünün kadrlarının əks olunduğu videoçarx Sədat Şamillinin “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə yekunlaşıb. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?