Modern.az

Nazirdən müsəlmanlara İTTİHAM: “Terrordan sonra rəqs edirdilər”

Nazirdən müsəlmanlara İTTİHAM: “Terrordan sonra rəqs edirdilər”

Dünya

18 Aprel 2016, 14:21

 

Belçikanın daxili işlər naziri Yan Yanbon “De Standaard” qəzetinə müsahibəsi zamanı yerli müsəlmanları terror aktlarından sonra ittiham edib.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir martın 22-də baş verən terror aktlarından sonra müsəlmanların bayram etdiyini bildirib.  

“Belçika müsəlmanlarının əksəriyyəti terror aktı barədə eşidib rəqs edirdilər.

Bundan başqa, terrorçu Saleh Əbdülislam həbs olunan zaman çoxları onların üstünə daş və şüşə parçaları atırdı”.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi