Qazaxıstanın Aktobe şəhərində axtarışda olan terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, binalardan birinin mənzilində mövqe quran terrorçular xüsusi təyinatlı polis dəstəsi ilə döyüşə giriblər.
Əməliyyat zamanı 4 terrorçunun öldürüldüyü bildirilir. Paralel olaraq, şəhərin mərkəzində terrorçulara atəş açan daha bir terrorçu da təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Xatırladaq ki, iyunun 5-də bir qrup silahlı şəxs Aktobe şəhərində 2 silah mağazasına hücum etmişdi.
Həmin hadisə zamanı 7 nəfər həyatını itirmişdi. Son əməliyyatlardan sonra öldürülən terrorçuların sayı 24-ə çatıb
Vüqar İsmayılov