Modern.az

İngiltərəli azarkeş ruslar tərəfindən öldürülüb

İngiltərəli azarkeş ruslar tərəfindən öldürülüb

Dünya

11 İyun 2016, 21:32

Fransada təşkil olunan Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün baş verib. Belə ki, Bakı vaxtı ilə 23:00-da başlayacaq İngiltərə - Rusiya matçından öncə hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.

Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib. Bu, Avropa Çempionatında ilk ölüm kimi yadda qalıb.

Qeyd edək ki, bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi