Türkiyədə növbəti terror aktı törədilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şırnak vilayətinin Cizrə şəhərində yerli polis şöbəsinin qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 45 nəfər isə yaralanıb.
Əraziyə çox sayda təcili yardım maşını və helikopter cəlb olunub.
Hadisənin PKK terror qruplaşmasının üzvləri tərəfidən törədildiyi ehtimal olunur.
***
Son məlumata görə, hadisə nəticəsində ölü sayı 11-ə, yaralı sayı isə 78-ə çatıb. Yaralılardan 75-nin polis olduğu bildirilir.
Vüqar İSMAYILOV