Modern.az

Türkiyədə qaz kəmərində partlayış olub

Türkiyədə qaz kəmərində partlayış olub

28 Oktyabr 2016, 01:00

Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıt rayonundan keçən qaz kəmərində partlayış olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21:00 radələrində qeydə alınıb.

 

Məlumata görə, güclü partlayışdan sonra başlayan yanğın böyük bir ərazini əhatə edib. Bölgəyə çox sayda yanğınsöndürən və polis qüvvələri cəlb edilib. Hazırda da yanğınsöndürənlər boru xəttinə müdaxilə etməkdə çətinlik çəkir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi