Modern.az

"Barselona" 19 min avro cərimələnib

"Barselona" 19 min avro cərimələnib

Dünya

23 Mart 2017, 23:45

UEFA İspaniyanın "Barselona" klubunu 19 min avro məbləğində cərimələyib. Modern.az "Report"a istinadən xəbər verir ki, buna Kataloniya komandasının Fransa PSJ-si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub.

Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barsa"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı ittihamları irəli sürülüb.

Bundan başqa İtaliya "Napoli"si 38 min avro cərimələnib. İspaniya "Real Madrid"inə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol klubunun azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq meydana kənar əşyalar atıblar. Habelə stadionda pilləkənlər tutulub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi