Modern.az

Rusiya Türkiyə ilə ticarətdə olan məhdudiyyətləri tam aradan götürdü

Rusiya Türkiyə ilə ticarətdə olan məhdudiyyətləri tam aradan götürdü

Dünya

3 May 2017, 20:17

“Rusiya təyyarəsinin vurulmasından sonra baş verən böhrandan sonra əlaqələrin bərpası dövrü tam başa çatıb və normal vəziyyətə qayıdıb. Artıq Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən bildirib.

Vladimir Putin bildirib ki, Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır: “Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü