Modern.az

İŞİD-in "ali müftisi" məhv edilib

İŞİD-in "ali müftisi" məhv edilib

Dünya

20 İyun 2017, 21:53

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-əlinin məhv edildiyini xəbər verib.  Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, terrorçu koalisiya qüvvələrinin mayın 21-də Suriyanın Məyadin şəhərini bombalaması zamanı ölüb. Belə ki, bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əli dəməhv edilib.

Qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb.

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!