Modern.az

Fransada miqrantlar arasında kütləvi dava olub

Fransada miqrantlar arasında kütləvi dava olub

1 İyul 2017, 22:06

Fransada miqrantlar arasında kütləvi dava olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident Fransanın şimalındakı Kale şəhərində baş verib. 

Məlumata görə, Efiopiyadan və Eritreyadan olan miqrantlar yerli vaxtla saat 13:15-də dəyənəklə və daşla silahlanaraq şəhərin sənaye zonasında bir-birlərinə hücum ediblər. Kale merinin müavini Filip Minonun sözlərinə görə, dava zamanı 20 nəfər xəsarət alıb. Hadisə ilə bağlı 3 miqrant saxlanılıb.

Qeyd edək ki, analoji hadisə cümə günü axşam da baş verib. Polis hadisə ilə bağlı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Dava zamanı 9 nəfər xəsarət alıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi