İran parlamenti ABŞ-ın sanksiyalarına cavab olaraq öz raket proqramının genişləndirilməsinə səs verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 247 deputatdan 240-ı qanun layihəsinə səs verib.
İran parlamentinin sədri Abbas Akaçi də parlamentin iclasına qatılıb. Qanun ölkənin müdafiəsini artırmaq üçün raket proqramının genişləndirilməsini nəzərədə tutur.
Vüqar İSMAYILOV