Modern.az

Tramp Rusiyanın G7-də qalmasını istəyir

Tramp Rusiyanın G7-də qalmasını istəyir

8 İyun 2018, 17:21

ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən G8-də (Böyük səkkizlik ölkələri) iştirak etməli olduğunu bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Blommberg” agentliyi məlumat verib.

 

“Reuters” agentliyi də öz növbəsində ABŞ liderinin Rusiyanın G7-də çıxış etməyə çağırdığını bildirib.

Sammit iyunun 8-də Kanadanın La-Malbo istirahət şəhərciyində keçiriləcək. G7 ( böyük yeddilik öləkələri) ölkələrinə Britaniya, Almaniya, İtaliya, ABŞ, Kanada, Fransa və Yaponiya daxildir.

 

Qeyd edək ki, G8 sammitinə Britaniya, Almaniya, İtaliya, ABŞ, Kanada, Fransa və Yaponiya ilə yanaşı Rusiya da daxil idi. Lakin 2014-cü ildə Krımın ilhaqından sora Rusiya böyük səkkizlikdən çıxarıldı və sammit G7 adını aldı.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi