Modern.az

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

25 Sentyabr 2018, 22:14

Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb. Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöqrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş sentyabrın 26-da BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir