Modern.az

Çindən gələn kompüter məhsullarında casus çipləri - TƏHLÜKƏ

Çindən gələn kompüter məhsullarında casus çipləri - TƏHLÜKƏ

Dünya

4 Oktyabr 2018, 17:34

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çindən gələn informasiya texnologiyaları mallarında casus texnologiyası aşkarlayıb.

 

Modern.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, MKİ əsasən Apple və Amazona aid kompüter və İT məhsullarında casus çiplərinin quraşdırılmasından şübhələnir.

 

Müxtəlif məlumatlara görə ABŞ-a gətirilən kompüterlərin 90, smartfonların isə 75 faizi Çindən gətirilir.

MKİ bu avadanlıqlara casus çiplərinin yerləşdirilməsi məsələsində “Supermicro” şirkətindən şübhələnir.

 

Apple və Amazondan məsələ ilə bağlı verilən açıqlamada isə Çindən gətirilən malların heç birində hər hansı bir çip aşkarlamadıqları bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı