Modern.az

Yunanıstan gəmisi Türkiyə sularına girdi

Yunanıstan gəmisi Türkiyə sularına girdi

4 Noyabr 2018, 21:35

Yunanıstana aid bir hərbi araşdırma gəmisi Quşadası Köfhəzində görülüb. Modern.az xəbər verir ki, Yunanıstanın Sisam adasından hərəkət edən Yunanıstanın hərbi tədqiqat gəmisi bir müddət beynəlxalq sularda olub. Daha sonra Quşadasının “Qadınlar” dənizinin sularında müşahidəsini davam etdirərək Türkiyə sularına girib.

 

Yunanıstanın hərbi araşdırma gəmisinin Türkiyənin ərazi sularına girdiyi anın koordinatları radar tərəfindən təsbit edilib. Türk Sahil Təhlükəsizlik komandaları bölgəyə hərəkət etməsindən sonra  Yunanıstanın hərbi araşdırma gəmisi Türkiyə sularından çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi