Modern.az

İran Ermənistana satdığı qazın həcmini artırmağa hazırdır – Ruhanidən BƏYANAT

İran Ermənistana satdığı qazın həcmini artırmağa hazırdır – Ruhanidən BƏYANAT

Dünya

27 Fevral 2019, 15:43

İran prezidenti Həsən Ruhani ölkəsinin Ermənistana ixrac etdiyi qazın həcmini artırmağa hazır olduğunu bəyan edib.

Modern.az saytının İran KİV-nə istinadən məlumatına görə, Ruhani bu haqda Ermənistanın baş naziri Nikaol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, İranla Ermənistan arasında əlaqələrin daha da dərinləşməsi üçün kifayət qədər motivasiya və iradə var.

Dövlət başçısı ABŞ-ın rəsmi Tehrana qarşı sanksiya siyasəti ilə bağlı Ermənistanın tutduğu mövqeni yüksək qiymətləndirib.

Qeyd edib ki, İran Tehranla Yerevan bütün sahələrdə qarşılıqlı maraq doğuran sahələrdə münasibətləri dərinləşdirməyə hazırdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi