ABŞ prezidenti Donald Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə səlahiyyətli orqanları təlimatlandırıb, lakin bu sanksiyaların aktivləşdirilməsi barədə hələ göstəriş verməyib.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mətbuat konfransında deyib.
O bildirib ki, maliyyə institutları Türkiyəyə mümkün sanksiyalar barədə təlimatlandırılıblar.
"Əgər ehtiyac duyularsa, biz Türkiyənin iqtisadiyyatını dayandıra bilərik. Bu, humanitar problemləri və oradakı insanları müdafiə etməyimizin bir yoldur", - deyə Mnuçin qeyd edib.