Modern.az

Türkiyə ordusu Əsəd qüvvələri ilə TOQQUŞDU: Ölənlər var

Türkiyə ordusu Əsəd qüvvələri ilə TOQQUŞDU: Ölənlər var

Dünya

29 Oktyabr 2019, 18:04

Suriyanın şimal-şərqində Türkiyə ordusu ilə Əsəd qüvvələri arasında toqquşma olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tel-Tamer yaşayış məntəqəsi yaxınlığında baş verən döyüşlər zamanı 6 suriyalı hərbçi ölüb.

Bundan başqa, 14 hərbçinin də türklərə əsir düşdüyü bildirilir.

 

Suriya hökumət KİV-nin yaydığı digər xəbərdə isə Haseke vilayətində rusiyalı hərbi polis bölmələrinin Türkiyə ordusu tərəfindən atəşə tutulduğunu və yaralıların olduğu xəbərini yayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi