Modern.az

Prezident 10-dan çox generalı işdən çıxarıb

Prezident 10-dan çox generalı işdən çıxarıb

Dünya

4 Noyabr 2019, 22:57

Rusiya prezidenti Vladimir Putin 10-dan çox generalı işdən çıxarıb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, işdən azad edilən generallar Rusiya İstintaq Komitəsinin, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları olub.

Məlumata görə, işdən çıxarılanlar arasında adı dələduzluqda hallanan DİN-in İctimai Asayişin Mühafizəsi İdarəsinin rəis müavini Aleksandr Melnikov da var.

İşdən çıxarılanlardan 6-sı FHN, 4-ü DİN, 1-i İK-nın generalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!