Modern.az

Türkiyə və Rusiya İdlibi müzakirə etdi

Türkiyə və Rusiya İdlibi müzakirə etdi

Dünya

10 Fevral 2020, 12:13

Türkiyə və Rusiya nümayəndə heyətləri keçən həftə sonu İdlibdəki vəziyyətlə əlaqədar görüşdükdən yenidən bir araya gələcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyətləri bu gün saat 12.00-da yenidən Ankarada bir araya gələcəklər.

 

Görüşdə Türkiyə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Qərargah və Milli Kəşfiyyat Xidmətindən və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi bir heyət nəzərdə tutulub.

 

Rusiya Xarici İşlər Nazirinin müavini səfir Sergey Vershin və Rusiya prezidentinin Suriyada xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin rəhbərlik etdiyi iclasda Rusiya hərbi və kəşfiyyat nümayəndələrindən ibarət nümayəndə heyətinin iştirakı gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi