Modern.az

Putin: “Rusiya dünyada koronavirusa qarşı ilk peyvəndi hazırlayıb”

Putin: “Rusiya dünyada koronavirusa qarşı ilk peyvəndi hazırlayıb”

11 Avqust 2020, 12:52

Rusiya prezidenti Vladimir Putin ölkəsinin koronavirusa qarşıl ilk peyvəndi (vaksin) rəsmən qeydiyyata aldıqlarını deyib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, ölkəsinin istehsal etdiyi vaksinin doğurdan da effektiv olduğunu əlavə edib.

“Mənə məlum olduğuna görə, bu gün Rusiya dünyada ilk dəfə koronavirus infeksiyasına qarşı vaksini qeydiyyatdan keçirib”.

 

Putin bu açıqlamanı hökumətin iclasında söyləyib.

Xatırladaq ki, Rusiyada 897 599 nəfər koronavirusa yoluxub. Onlardan 15 131 nəfər dünyasını dəyişib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı