Modern.az

Trampın koronavirusdan müalicə xərci AÇIQLANDI

Trampın koronavirusdan müalicə xərci AÇIQLANDI

8 Oktyabr 2020, 10:29

ABŞ prezidenti Donald Trampın koronavirusdan müalicə xərci açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19-a yoluxan Trampın müalicə xərci 100 min dolları keçib.

 

Bu məbləğə prezidentin Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində 3 gün qalması, helikopterlə 2 uçuş, çoxsaylı koronavirus testləri, antitellər vasitəsilə müalicə, steroidlər və s. daxildir.

Yerli mətbuat bu məbləğin adi vətəndaşların müalicəsində 62 min dolları keçmədiyini xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi