Modern.az

Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Dünya

26 Fevral 2021, 14:01

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri fevralın 27-də yenidən görüşəcək.

 

Modern.az xəbər verir ki, hər üç tərəf Moskvada görüşə gələcəklərini təsdiqləyib. Üçtərəfli Komissiya çərçivəsində Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçuk ilk dəfə yanvarın 30-da görüşmüşdülər.

Həmin görüş zamanı 2 ekspert yarımqruplarının yaradılması barədə razılıq əldə edilmişdi. Birinci altqrupa İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, ikinci yarımqrupa isə yenə də XİN, DTX, ərzaq təhlükəsizliyi və inspeksiya orqanları daxil edilib.

Görüşdə Cənubi Qafqazda dəmir yolu və avtomobil yolları kommunikasiyalarının tam açılması müzakirə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi