Modern.az

Türkiyədə terror aktı planlaşdıran İŞİD-çi həbs edildi

Türkiyədə terror aktı planlaşdıran İŞİD-çi həbs edildi

Dünya

27 Mart 2021, 23:45

Türkiyənin Denizli vilayətində terror aktı planlaşdıran İŞİD üzvü həbs edilib.

 

Modern.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələrinə bu şəxsin terror aktı törətmək məqsədilə şəhərə gəldiyinə dair məlumat daxil olub. Bundan sonra terrorçunun saxlanılması istiqamətində xüsusi əməliyyat başladılıb.

Əməliyyat nəticəsində ələ keçirilən 30 yaşlı terrorçunun ünvanında aparılan axtarış zamanı partlayıcı maddə ilə yanaşı İŞİD-ə aid çox sayda rəqəmsal və maddi material da aşkarlanaraq müsadirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək