Modern.az

ABŞ-da barda atışma: ölənlər var

ABŞ-da barda atışma: ölənlər var

Dünya

18 Aprel 2021, 15:25

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində bir barda silahlı insident baş verib.

 

Modern.az bildirir ki, bu barədə CNN yerli polis şerifinə istinadən xəbər verib.

 

Atışma nəticəsində üç nəfərin öldüyü və iki nəfərin yaralandığı qeyd olunub.

 

Məlumata görə, zərərçəkənlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Şübhəlinin yeri və hadisənin baş vermə səbəbləri hələ müəyyənləşdirilməyib.

 

Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!