Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu Latviyaya etdiyi rəsmi səfər zamanı keçirdiyi görüşlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla səhv salıblar. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Qurbanqulu Berdiməhəmmədova keçirdiyi rəsmi görüşlərdə bir neçə dəfə Ərdoğan deyə müraciət edilib. Hətta Latviya prezidenti rəsmi qarşılanma zamanı Qurbanqulu Berdiməhəmmədovu nümayəndə heyətinə təqdim edərkən Türkiyənin baş naziri kimi qələmə verib. Artıq ikinci dəfə eyni rəftarla üzləşən Türkmənistan prezidenti narahatlığını gizlədə bilməyib.
Qeyd edək ki, bundan öncə də Qurbanqulu Berdiməhəmmədov Ukraynaya səfəri zamanı prezident Viktor Yanukoviç ona bir neçə dəfə Qazaxıstan prezidenti olaraq müraciət edib.
Modern.az