Qazaxıstanda iyunun 25-də qaydasız döyüş üzrə professional idmançıların görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, Ermənistanı təmsil edən Varşam Qevorkyan ilə Azərbaycanı təmsil edən Elmar İbrahimovun döyüşü iyunun 25-də baş tutacaq.
61 kiloqram çəki dərəcəsində keçiriləcək görüş Qazaxıstanın ən böyük şəhəri Almatıda baş tutacaq. Qarabağ müharibəsi və hazırda Azərbaycan-Ermənstan sərhədindəki gərginlik fonunda döyüşə maraq da yüksəskdir.