Modern.az

BMT-də Fələstinlə bağlı QƏTNAMƏ

BMT-də Fələstinlə bağlı QƏTNAMƏ

10 May 2024, 20:52

BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxmağı tövsiyə edən qətnamə layihəsi qəbul edilib.

 

Modern.az xəbər verir ki, əksər ölkələr qətnamənin lehinə səs verib.

 

Səsvermədə iştirak edən 143 dövlətdən 9-u qətnamənin əleyhinə çıxıb .

 

İsrail, ABŞ, Macarıstan, Çexiya və başqaları qətnaməyə baxılmasının əleyhinə səs verib. 25 dövlət isə səsvermədə bitərəf qalıb.

 

Baş Assambleyanın açıqlamasınds deyilir ki, 2024-cü ildə Fələstin konfranslarda və BMT komitələrinin işində iştirak etmək hüququna malik olacaq və hazırlanmaqda olan sənədlərə öz təkliflərini və düzəlişlərini edə biləcək.

 

Fələstin səsvermə hüququnu yalnız BMT Təhlükəsizlik Şurasının razılığından sonra əldə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ