Modern.az

Gənclər tütünə qarşı mübarizəyə qoşuldular

Gənclər tütünə qarşı mübarizəyə qoşuldular

Dünya

1 Oktyabr 2012, 16:53

Şirvan şəhərində “ Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ” İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “ Gənclər arasında tütünə qarşı mübarizə işinin təşkili ” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir.

Modern.az-ın məlumatına görə, belə tədbirlərdən biri də dünən Şirvan şəhərində 18 saylı orta məktəbdə növbəti tədbir təşkil olundu.

Tədbirdə qeyri-hökumət qurumlarının aidiyyəti ekspertlər, məktəblilər və gənclər  iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən sonra şəhərin müxtəlif zonalarında tütünün insan orqanizminə zərəri haqda məlumat tipli bukletlər orta məktəb şagirdləri,   gənclər və  yerli əhali arasında “ Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ” İctimai Birliyinin üzvləri tərəfindən  paylanıldı.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?