Modern.az

Putin SSRİ-nin bərpası ideyasına nöqtə qoydu - VİDEO

Putin SSRİ-nin bərpası ideyasına nöqtə qoydu - VİDEO

Dünya

30 İyun 2021, 20:09

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin SSRİ-nin bərpası ideyası haqqında danışıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısı ənənəvi illik birbaşa xətt zamanı bildirib ki, o, Sovet İttifaqını yenidən qurmağın mənasız və praktik olmadığına inanır.

 

Putinin sözlərinə görə, bu, bir sıra səbəblərdən, xüsusən SSRİ-nin bir sıra keçmiş respublikalarındakı demoqrafik proseslərə görə mümkün deyil.

 

"Əks təqdirdə, həll edilə bilməyən sosial problemlərlə və dövlət yaradan etnik özəyin aşınma problemi ilə qarşılaşa bilərik", - deyə Rusiya Prezidenti bildirib.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi