Modern.az

İsrailin XİN başçısı Afrikada

İsrailin XİN başçısı Afrikada

Dünya

17 İyul 2023, 10:34

İsrailin xarici işlər naziri Eli Kohen Afrikaya səfər edib.

 

Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi nazirin Keniyanın paytaxtı Nayrobidə Afrika İttifaqının sammitinə qatılmasıdır.


 
Nazir bu gün səhər saatlarında İsraillə diplomatik əlaqələri olmayan və adı açıqlanmayan Afrika ölkəsinin rəhbəri ilə də görüşüb. Görüşə liderin və ölkənin adının açıqlanmaması şərti ilə razılıq verilib.

 

Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail bir neçə Afrika ölkəsi, o cümlədən Niger, Mali və Mavritaniya ilə əlaqələri normallaşdırmağa çalışır. Zirvə toplantısında Kohen Keniyanın xarici işlər naziri Alfred Mutua və adı açıqlanmayan digər afrikalı diplomatlar və rəsmilərlə görüşüb.

 

Bildirilib ki, Kohenin səfəri həm də İranın qitədə fəaliyyətini genişləndirmək cəhdləri fonunda Afrika ilə əlaqələrin gücləndirilməsinə yönəlib.

 

Kohen mətbuata açıqlamasında Keniya Prezidenti Uilyam Ruto və XİN başçısı Alfred Mutuaya "İsrailin qitədəki mövqeyini irəlilətmək səylərinə və hələ diplomatik əlaqələrimiz olmayan qitədəki ölkələrdə İsrail üçün qapıları açdıqlarına görə" təşəkkür edib.

 

Keniyalı həmkarı və digər Afrika rəsmiləri ilə ikitərəfli görüşlərdə İsrailin Keniya və Afrika qitəsi arasında əlaqələrin gücləndirilməsi və digər Afrika ölkələri ilə sülh dairəsinin genişləndirilməsi müzakirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi